İrqçilik italyan vərdişinə çevrilib – Ranyeridən etiraf
“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri İtaliya çempionatının 17-ci turunun “Verona” ilə son oyununda (2:0) rəqib azarkeşlərin “qırmızı-göylər”in afrikalı yarımmüdafiəçisi Antoni Makumbuya qarşı irqçi şüarlara yol verməsindən narazılığını bildirib.
“Təəssüf ki, italyan vərdişinə çevrilən belə şüarları eşitmək çox üzücüdür. Bunun qarşısını almağa cavabdeh olanlar bununla nəsə etməlidirlər. İnsanların hələ də dərilərinin rənginə görə bir-birlərini təhqir etmələri dəhşətdir”, – Ranyeri DAZN-ə bildirib.
Xatırladaq ki, İtaliya A Seriyasında 17 turdan sonra Ranyerinin komandası 13 xal toplayıb və hazırda 18-ci yerdədir.
Aut.az
