Görün necə nifrət edirlər: Mudrik statusunu dəyişdi
“Çelsi”nin vingeri Mixail Mudrik sosial media hesabında statusunu dəyişib.
Aut.az xəbər verir ki, ukraynalı futbolçu “Görün necə nifrət edirlər” yazıb.
Bazar ertəsi, iyunun 18-də İngiltərə Futbol Assosiasiyası (FA) ukraynalı futbolçunu rəsmi olaraq dopinqlə ittiham edib.
FA qaydalarına əsasən, 24 yaşlı vingerin ya ona qarşı irəli sürülən ittihamları qəbul etmək, ya da Futbol Assosiasiyasına müraciət etmək üçün 20 günü var. Mudrik üçün ən pis ssenaridə o, dörd ilə qədər qadağa ala bilər. Daha çox ehtimal olunan qadağalar yüngülləşdirici hallardan asılı olaraq bir aydan iki ilə qədər ola bilər.
Aut.az
