İngiltərə

Gözlənilməz qərar: “Çelsi” Poçettinonu qovdu

“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

“Bütün “Çelsi” adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən “Stamford Bric”də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, – London klubunun açıqlamasında deyilir.

“Bu futbol klubunun tarixinin bir hissəsi olmaq fürsətinə görə “Çelsi” sahiblərinə və idman direktorlarına təşəkkür edirəm. İndi onun Premyer Liqada və Avropada daha da irəliləmək üçün yaxşı imkanları var”, – deyə London klubunun mətbuat xidməti Poçettinodan sitat gətirib.

Aut.az