Qaydasız döyüş

Topuriya Makqreqoru əlsə saldı: Adi oğlanı da nokaut edə bilmədi – VİDEO

Gürcüstanlı UFC döyüşçüsü İliya Topuriya irlandiyalı Konor Makqreqorun barda dalaşmasına reaksiya verib.

Aut.az xəbər verir ki, Makqreqor İspaniyanın İbiza şəhərində gecə klubunda bir nəfəri vurub.

Topuriya SHAK MMA-ya müsahibəsində “O videonu görmüsən? Mən onu gördüm. Konor iki yumruq atdı və adi oğlanı belə nokaut edə bilmədi. Oğlan heç nə olmamış kimi uzaqlaşdı” deyib.

Bazar günü, iyunun 29-da Topuriya Las-Veqasda (ABŞ) UFC 317 turnirində braziliyalı Çarlz Oliveyra ilə UFC titulu uğrunda döyüşəcək.

Aut.az