TürkiyəDünya futbolu

Türkiyə millisinin üzvü seçim qarışısında: Arda Turan, yoxsa “Fənərbağça”?

“Trabzonspor” qapıçısı Uğurcan Çakırın “Şaxtyor”a satılmasına hazırdır.

Aut.az xəbər verir ki, Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat verib.

Onun sözlərinə görə, “bordo-mavililər”in rəhbərliyi 29 yaşlı qolkiperin Donetsk klubuna keçidinə müsbət yanaşır. Lakin futbolçunun özü “Fənərbağça”da oynamaq istəyir. İstanbul klubu da təcrübəli qapıçını heyətinə qatmağa maraqlıdır.

Daha əvvəl Çakır üçün əsas favorit kimi “Monako” göstərilirdi.

Qeyd edək ki, Uğurcan Çakır “Trabzonspor”un yetirməsidir. O, klubun heyətində 288 rəsmi oyuna çıxıb və bunların 89-da qapısını toxunulmaz saxlayıb. Çakır həmçinin Türkiyə millisinin heyətində 31 oyunda forma geyinib.

Xatırladaq ki, “Şaxtyor”un yeni baş məşqçisi türkiyəli Arda Turandır.