Mövsümün ən yaxşı oyunçusunu hədəfə aldılar
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Skott Maktominiyin transfer ehtimalını öyrənmək üçün “Napoli” ilə əlaqə saxlayıb.
Aut.az xəbər verir ki. bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.
Yeni baş məşqçi Simone İnzaqi komandasını gücləndirmək üçün 28 yaşlı şotland futbolçunu heyətində görmək istəyib. “Əl-Hilal” bu məsələ ilə bağlı “Napoli”yə rəsmi olmayan formada müraciət etsə də, italiyalılar Maktominiyin satılmadığını bildirərək heç bir danışıqlara başlamayıblar.
Həmçinin qeyd olunur ki, Maktominiyin özü də yayda klubunu dəyişmək niyyətində deyil və Neapolda xoşbəxtdir.
Xatırladaq ki, “Mançester Yunayted”in yetirməsi olan Skott Maktomini 2024/25 mövsümündə İtaliya çempionluğunu qazanan “Napoli”nin heyətində göstərdiyi oyunla A Seriyasının ən yaxşı futbolçusu seçilib.
Aut.az
