Dünya futbolu

Onun trasnferi təhlükə altında: Prezident “torba tikib”

“Sportinq”in hücumçusu Viktor Qyökereşin transferi ilə bağlı danışıqlarda irəliləyiş qeydə alınmayıb.

Aut.az xəbər verir ki, bu barədə “Record” nəşri məluma yayıb.

Futbolçunun özü, meneceri və klub nümayəndələri arasında proses dalana dirənib. Mənbənin yazdığına əsasən, tərəfləri ortaq məxrəcə gətirmək üçün danışıqlara vasitəçi də cəlb olunub. Lakin 27 yaşlı isveçli forvard və onun agenti güzəştə getməkdən imtina edib.

Qeyd olunur ki, “Mançester Yunayted”, “Arsenal” və “Yuventus”un maraq dairəsində olan oyunçunun transfer qiyməti “Sportinq”in prezidenti Frederiko Varandaş tərəfindən 70 milyon avrodan 80 milyon avroya qaldırılıb. Bu qərar Qyökerşslə klub rəhbərliyi arasında narazılığa səbəb olub. “Yuventus” sözügedən məbləği ödəməyə hazır olsa da, Portuqaliya klubundakı daxili anlaşılmazlıq keçidi təhlükə altına atıb.

Qyökereş 2024/25 mövsümündə “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı hücumçunun bazar dəyərini 75 milyon avro olaraq göstərir.

Aut.az