Nəsirli oynadı?
Aut.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Metta/LU” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.
Ramin də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
Futbolçumzun komandası hazırda 22 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
