KDÇ-yə azarkeş marağı yoxdur: Bu oyunda stadion boş qaldı – FOTO
Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunun “Ulsan” (Cənubi Koreya) – “Mamelodi” (Cənubi Afrika) matçına azarkeş marağı ən aşağı səviyyədə olub.
Aut.az xəbər verir ki, bu barədə afrikalı jurnalist Miki Junior məlumat verib.
Belə ki, bu komandalar arasında keçirilən matça cəmi 3412 tamaşaçı baxıb. Orlandodakı stadion isə 25 min azarkeş tutumuna malikdir. Qeyd edək ki, matçın başlanması tornado təhlükəsi səbəbindən bir saat gecikib.

Aut.az
