Brahimin qaçırdığı penaltidən danışdı: Öz qərarıdır
Mərakeş millisinin baş məşqçisi Valid Reqragi Afrika Millətlər Kubokunun finalında Seneqal yığmasına qarşı keçirilən oyunda (1:0) Braim Diasın qaçırdığı penalti barədə danışıb.
Aut.az xəbər verir ki, mübahisəli penalti Seneqal qapısına təyin olunduqdan sonra baş məşqçi Pap Tyav komandayı meydandan çıxarmışdı. Daha sonra Sadio Mane oyunçuları geri qaytardı, lakin Dias penalti zərbəsini panenka üsulu ilə yerinə yetirərək topu birbaşa qapıçı Eduar Mendinin əlinə vurub.
Reqraqi həmin epizoda belə reaksiya bildirib: “Onun zərbə üçün kifayət qədər vaxtı vardı, bu da onu yəqin ki, çaşdırdı. Lakin artıq baş verənləri dəyişə bilmərik. Penaltiyə öz qərarı ilə vurdu. İndi isə yalnız irəlini düşünməliyik.”
Seneqal millisinin qalibiyyət qolunu əlavə vaxtda Papa Geye vurub. Bu nəticə ilə Seneqal tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
