Futbolçunun evini qarət etmək istəyən yeniyetmə saxlanıldı
17 yaşlı yeniyetmə PSJ-nin keçmiş müdafiəçisi və hazırda “Boavişta”nın futbolçusu Layvin Kurzavanın evini qarət etməyə cəhd edərkən saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, bazar günündən bazar ertəsinə keçən gecə futbolçunun Sen-Kluda (Paris ətrafı) yerləşən evində həyəcan siqnalı çalıb. CCTV kameraları qara geyimli və maskalı iki nəfəri qeydə alıb. Kurzavanın həmin vaxt evdə olmadığı, bildiriş aldığı və dərhal polisə müraciət etdiyi qeyd edilir.
Polis hadisə yerində iki şübhəli aşkar edib. Onlardan biri, 17 yaşlı yeniyetmə bağda saxlanılıb. İkincisi yaxınlıqdakı meşəyə doğru qaçaraq gözdən itib. Saxlanılan yeniyetmə dindirilib və işi yetkinlik yaşına çatmayanlar məhkəməsinə göndərilib.
Aut.az
