Digər

Olimpiada-2026-da Rusiyanı bu ölkə əvəz etdi

Fransa millisi 2026-cı il Olimpiya Oyunlarında Rusiya komandasının əvəzinə iştirakçı kimi təsdiqlənib.

Aut.az xəbər verir ki, bu barədə Fransa Xokkey Federasiyasının saytında məlumat verilib.

Daha əvvəl Beynəlxalq Buzüstü Xokkey Federasiyasının prezidenti Luk Tardif Rusiya yığmasının 2026-cı il Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bunun onun tövsiyələrinə zidd olmadığını bildirib.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın iki şəhərində – Milan və Kortina d’Ampezzoda keçiriləcək. Kişi xokkey turnirində 12 milli komanda iştirak edəcək.

Aut.az