FIS ruslarla bağlı milli assosiasiyalara məktub göndərdi: Xahiş edir ki…
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) milli assosiasiyalara məktub göndərərək, Rusiya idmançılarının təşkilatın himayəsi altında yarışmasına icazə verilməsinin mümkünlüyünü xahiş edib.
Rusiya və Belarus xizəkçilərinə 2022-ci ilin mart ayından beynəlxalq yarışlardan qadağa qoyulub. Rusiya və Belarus nümayəndələrinin Olimpiya seçmə mərhələlərinə buraxılıb-buraxılmayacağı ilə bağlı qərarın FIS Şurasının oktyabrın 21-də keçiriləcək növbədənkənar iclasında qəbul ediləcəyi gözlənilir.
Aut.az SVT-yə istinadən xəbər verir ki, iclasdan əvvəl FIS milli federasiyalara məktub göndərib.
“Vurğulamaq vacibdir ki, bizim nizamnaməmizdə FIS öz fəaliyyətini siyasi cəhətdən neytral aparmalıdır. Dünyada heç bir idmançı doğulduğu yeri seçməyib. Ona görə də biz bu vəziyyətdə bütün idmançıları dəstəkləməli və onların siyasi məqsədlər üçün alətə çevrilməməsini təmin etməliyik”, – məktubda deyilir.
Məktubda milli assosiasiyalara FIS-in Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ayrı-ayrı neytral idmançılar üçün müəyyən etdiyi qaydalara uyğun olaraq Rusiya və Belarus idmançılarına Olimpiya və Paralimpiya təsnifat yarışlarında iştirak etməsinə icazə verib-verməməsi ilə bağlı sorğu daxildir.
Məlumdur ki, Skandinaviya ölkələri – Norveç, İsveç və Finlandiya – rus xizəkçilərinin neytral statusda belə beynəlxalq yarışlara, o cümlədən 2026-cı il Olimpiya Oyunlarına buraxılmasına qarşıdır.
Aut.az
