Alman qapıçı “Qalatasaray”ın təklifini rədd etdi
“Barselona”nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen “Qalatasaray”a keçməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “NVTSpor” məlumat yayıb.
Daha əvvəl Ter Stegenin “Qalatasaray”a keçməyə hazır olduğu bildirilirdi. Qapıçı Türkiyə klubunun nümayəndələri ilə danışıqlar aparmaq üçün İstanbula gəlsə də, onların təklifi alman qolkiperi təmin etməyib.
Ter Stegen indi karyerasını davam etdirmək üçün başqa variant axtarmalı olacaq, çünki alman qapıçı artıq “Barselona”nın planlarında deyil.
Ter Stegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 33 yaşlı qolkiperin transfer dəyəri 12 milyon avro qiymətləndirilir.
Aut.az
