Siren səslənir, vertolyotlar uçur: KDÇ-nin keçirildiyi Los-Ancelesdə durum
“Atletiko”nun qapıçısı Yan Oblak Kaliforniyadakı etiraz aksiyaları haqda danışıb.
Madrid klubu klublararası dünya çempionatında iştirak etmək üçün Los-Ancelesə gəlib.
İyunun 6-da Kaliforniya ştatında polisin immiqrasiya reydlərinə qarşı etirazlar başlayıb. İğtişaşlar Los-Anceles və San-Fransiskoya yayılıb.
ABŞ prezidenti Donald Tramp ştata Milli Qvardiya bölmələri göndərmək qərarına gəlib.
“Siren səsləri, ətrafda uçan vertolyotlar və s. eşidirsən. İnsanlar küçələrə çıxır, amma bizim istirahət etmək imkanımız var. Oteldəyik və bu vəziyyətə o qədər də əhəmiyyət vermirik. Kifayət qədər təhlükəsizlik var.
Bütün bunlara alışa bilərsiniz, istədiyim yeganə şey odur ki, küçələrdə çox problem olmasın və heç kim zərər görməsin”, – deyə Oblak bildirib.
İyunun 15-də “Atletiko” turnirdə ilk oyununu Çempionlar Liqasının qalibi PSJ-yə qarşı keçirəcək.
Aut.az
