Kateqoriyasız

Sane “Bavariya” ilə KDÇ-də oynayacaq: “Qalatasaray” onu qorumaq üçün bu addımı atdı

Almaniya millisinin vingeri Leroy Sanenin ABŞ-da keçiriləcək klublararası dünya çempionatında “Bavariya”ya kömək edə biləcəyi məlum olub.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Qalatasaray” futbolçunu sığortalayıb. Əgər Sane turnir zamanı zədələnərsə, onun maaşı sığorta şirkəti tərəfindən ödənəcək.

Futbolçu artıq “Bavariya”nın Orlando şəhərindəki təlim-məşq düşərgəsinə qatılıb. Onun baş məşqçi Vensan Kompani ilə turnirdəki rolu barədə danışığı planlaşdırılıb. Əgər baş məşqçi onu komandada görmək istəsə, Sane oyunda iştirakdan imtina etməyəcək.

Xatırladaq ki, Sanenin “Bavariya” ilə müqaviləsi iyulun 1-də başa çatır və o, azad agent kimi “Qalatasaray”a keçəcək. Lakin bundan əvvəl o, Münhen klubuna qrup mərhələsinin üç oyununda və əgər komanda pley-offa yüksələrsə, 1/8 finalda da yardım edə biləcək.

2024/25 mövsümündə Leroy Sane “Bavariya”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az