İspaniya

“Real” onunla müqaviləni yenilədi: 1 milyard qiymət qoyuldu

“Real”la müdafiəçi Raul Asensio arasında imzalanacaq yeni müqavilənin müddəti məlum olub.

Aut.az COPE-yə istinadən xəbər verir ki, tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacaqlar. Müqavilədə futbolçunun transferi üçün təzminat məbləği 1 milyard avro olaraq göstərilib.

22 yaşlı ispan müdafiəçi ötən mövsüm “Real”ın heyətində 42 oyunda çıxış edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatırdı.

Aut.az