NBA genişlənə bilər: Bu iki ölkə də qoşulur
NBA bu yay liqanın genişlənməsini ciddi şəkildə nəzərdən keçirməyə hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə Liqanın komissarı Adam Silver bildirib.
“Bu sualla insanları qeyri-müəyyənlikdə saxlamaq fikrim yoxdur, bu yay buna ciddi yanaşacağıq.
ABŞ-da başqa bir şəhərin əlavə edilməsinin liqaya nə qədər fayda verəcəyi hələ məlum deyil. Zaman keçdikcə biz Kanada və Meksikaya da yayıla bilərik”, – Silver “Dan Patrick Show” YouTube kanalında deyib.
Aut.az
