Berezutski “Sabah”dan getdi: Rəhbərlik ondan nə tələb edib?
“Sabah”ın baş məşqçisi Vasili Berezutski postundan gedib.
Aut.az-ın əldə etdiyi məlumata görə, bu klub rəhbərliyi ilə rusiyalı mütəxəssis arasında baş tutan görüşdən sonra reallaşıb. Yeni mövsümlə bağlı görüşdə iştirak edən Berezutski qarşısına qoyulan hədəflərdən razı qalmayıb.
Ondan avrokubokların liqa mərhələsinə vəsiqə qazanılmaq tələb edilib. Eyni zamanda, ölkə çempionatda “ilk üçlük” uğrunda mübarizə aparmaq istənilib. O, birdən-birə bu tələbləri yerinə yetirə bilməyəcəyini, mövcud perspektivin buna imkan vermədiyini bildirib.
Uzun fikir mübadiləsinə rəğmən rəhbərliyin fikrini dəyişmədiyini görən Vasili Berezutski istefa vermək qərarına gəlib.
Artıq “Sabah” rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb.
Aut.az
