Türkiyəİtaliya

“Fənərbağça” “İnter”in müdafiəçisini hədəfə aldı

“İnter”in müdafiəçisi Matteo Darmian karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “FC Inter News” məlumat yayıb.

Ötən ilin oktyabrında “İnter” 35 yaşlı futbolçu ilə müqaviləni 2026-cı ilin yayına qədər uzatsa da, klub rəhbərliyi heyətin gəncləşdirilməsi strategiyası çərçivəsində təcrübəli oyunçu ilə yolları ayırmağa hazırdır.

Bir müddət əvvəl “neradzurri” Darmianın mövqeyinə yeni futbolçu tapıb. Milan klubu Marsel klubundan Luis Enrikeni transfer edib.

Matteo Darmian 2020-ci ilin yayından “İnter”də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri hazırda 4 milyon avro olaraq qiymətləndirilir.

Aut.az