Baş məşqçi axtaran “Milan”ın nümayəndələri onunla görüşdülər
“Maurisio Poçettino “Milan”ın baş məşqçi postuna təyinat ala bilər.
Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, ABŞ millisinin baş məşqçisi ötən həftə “rossoneri” nümayəndələri ilə görüşüb. Onun Amerika komandası ilə müqaviləsi 2026-cı il Dünya Kubokundan sonra başa çatır.
Klub səviyyəsində Poçettino “Çelsi”, PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol”da çalışıb. O, 2024-cü ildən ABŞ millisinə başçılıq edir.
Aut.az
