Ceko A Seriyasına qayıdır: Bu klubu seçdi
Məşhur bosniyalı hücumçu Edin Ceko karyerasını A seriyasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Boloniya” “Fənərbağça”dan ayrılan 39 yaşlı oyunçunu almaq üçün favorit sayılırdı. Lakin “Football Italia” “Fiorentina”nın mübarizəyə qoşulduğunu bildirib.
Bidlirilir ki, Ceko Florensiyaya köçməyə daha çox meyllidir. Güman edilir ki, tərəflər müddətin uzadılması ehtimalı ilə bir illik müqavilə bağlayacaqlar. İki illik müqavilə də mümkündür.
Aut.az
