Şadlinski beynəlxalq turnirin qalibi oldu
Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirin qalibi olub.
Aut.az xəbər verir ki, bu barədə Boks Federasiyasından məlumat verilib.
75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibinə qalib gəlib.
