Dünya futbolu

KDÇ-nin qalibi bu komanda olacaq: Superkompüter açıqladı

“Opta” superkompüteri iyunun 14-dən iyulun 13-dək ABŞ-ın 11 şəhərində keçiriləcək klublararası dünya çempionatı üçün proqnoz verib.

Aut.az xəbər verir ki, iştirakçıların turnirdə qalib olmaq şanslarının yekun hesabını formalaşdırmaq üçün “Opta” 10 min simulyasiya etməli olub. Proqnoza görə, çempionatın əsas favoriti, şansı 18,5% qiymətləndirilən PSJ-dir. Top-10 favoritlərin siyahısı belə görünür:

1.PSJ – 18,5%;

2.“Mançester Siti” – 17,8%;

3.“Bavariya” – 12,8%;

4.“İnter” – 12,3%;

5.“Real” – 9,8%;

6.“Çelsi”- 8,4%;

7.“Borussiya Dortmund” – 5,4%;

8.“Atletiko” – 5,1%;

9.“Yuventus” – 3,6%;

10.“Benfika” – 3,3%.

Aut.az