Marselo titul qazandı, onların sırasına qoşuldu
Libertadores kubokunun finalında “Fluminense”nin “Boka Xuniors”u məğlub etdiyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, Braziliya təmsilçisinin heyətində çıxış edən Marselo tarixə düşüb. O, Çempionlar Liqasını və Libertadores Kubokunu qazanan 14-cü futbolçu olub.
Əvvəllər buna braziliyalılar Ronaldinyo, Dida, Kafu, Roke Junior, Neymar, Danilo, Rafinya, Ramires, David Luiz, həmçinin argentinalılar Karlos Teves, Xuan Pablo Sorin, Valter Samuel və Julian Alvares nail olub.
Qeyd edək ki, Marselo 5 dəfə “Real”la Çempionlar Liqasının qalibi olub.
