Neymar koronavirusa yoluxdu
“Santos”un futbolçusu Neymar koronavirusa yoluxub.
Aut.az xəbər verir ki, klub, 33 yaşlı hücumçunun COVID-19 diaqnozu qoyulduqdan sonra əsas qrupla məşq etmədiyini bildirib.
“Santos”un tibb departamentinin müayinəsindən sonra Neymar COVID-19-a yoluxduğunu təsdiqləyən laboratoriya testlərindən keçib.
Futbolçu simptomlar göstərməyə başlayan cümə axşamı günündən bəri məşq etmir və evdə dincəlməyə, həkiminin təyin etdiyi kimi simptomatik müalicəyə davam edir”,- klubun açıqlamasında deyilir.
Neymar bu il yanvarın sonunda “Santos”a qayıdıb. O vaxtdan bəri bütün yarışlarda 14 oyun keçirib. Futbolçunun müqaviləsi iyunun 30-na kimidir.
Aut.az
