Dünya futbolu

Karyerasını harada davam etdirəcək? – Görün necə klub arzulayır

PSV-nin sabiq baş məşqçisi Ruud van Nistelroy Səudiyyə Ərəbistanına getməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Nistelroy məşqçilik karyerasını hansı parametrlərlə davam etdirmək istədiyindən də danışıb.

“Səudiyyə Ərəbistanına gedəcəmmi? Hələ yox. İkinci məşqçilik addımım mənim üçün çox önəmlidir, istəyirəm ki, bütün dünya görsün ki, necə məşqçiyəm. Niderlandda bunu başa düşmək olar, amma mən bunun xaricdə görünməsini istəyirəm.

Mən aydın oyun modeli olan bir klubda işləmək istəyirəm ki, texniki direktorlar bu fəlsəfəni inkişaf etdirmək üçün hansı profillərə ehtiyac olduğunu bilsinlər və yaxşı bir iş görülsün. Mən böyüyən, yaxşı təşkilatı olan komanda axtarıram”, – Van Nistelroy “Marca”ya bildirib.

Niderland millisinin 47 yaşlı sabiq hücumçusu Ruud van Nistelroy 2022-ci ilin iyulundan 2023-cü ilin mayına kimi PSV klubuna başçılıq edib.

Aut.az