Ronaldo millinin düşərgəsindən “ailə” FOTOSUNU paylaşdı
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komanda yoldaşları ilə birgə fotosunu İnstaqram izləyiciləri ilə paylaşıb.
Aut.az xəbər verir ki, “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu fotoya “Ailə” şərhini yazıb.
Ronaldo martın 21-də Portuqaliya millisinin İsveç yığması ilə yoldaşlıq görüşünü (5:2) buraxmışdı . Kriştianonun martın 26-da keçiriləcək Portuqaliya – Sloveniya matçında iştirak etməsi planlaşdırılır.

