İranın kapitanı jurnalistləri bu suallara görə qınadı
İran millisinin kapitanı Mehdi Taremi Dünya Kubokunun qrup mərhələsində Yeni Zelandiya ilə oyundan əvvəl jurnalistlərin siyasi məsələlərlə bağlı suallarına sərt cavab verib.
Aut.az xəbər verir ki, futbolçu qarşıdakı oyunla bağlı birbaşa bir sual belə verilmədiyini qeyd edib.
ESPN futbolçunun sözlərini sitat gətirib:
“Siyasətə gəldikdə, siyasi mətbuat konfransları üçün başqa şəhərlərə getmək lazımdır. Biz Yeni Zelandiyaya çox hörmət edirik və oyunun yaxşı olmasını istəyirik”.
İran-Yeni Zelandiya oyunu 16 iyunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
İran milli komandası Meksikada yerləşib, lakin hər üç oyunu ABŞ-da keçirəcək.
Aut.az
