Formula 1

25 yarış – Formula 1 təqvimi genişlənir?

Formula 1 təqvimi 2026-cı ildə 25 yarışa qədər genişləndirilə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports”un şərhçisi David Kroft bildirib.

“Barselonanın gələn il üçün müqaviləsi var, amma Madrid hələ tikilməyə başlayıb. Onlar qrafikə uyğundurmu? Artıq nə etdiklərini bilmədən Barselonadan tamamilə qurtulmaq axmaqlıq olardı. Bəs 2027-ci il? Biz İmolanın getməsini gözləyirik, amma gələn il 25 tur olacaq. Deməli,İmola hələ də təqvimdə ola bilər.

Təqvim indiyə qədər çıxmalı idi, iyunun əvvəlidir. Mayın ikinci həftəsində çıxmalı idi və biz hələ də onu gözləyirik. Odur ki, ola bilsin ki, son dəqiqələrdə bəzi dəyişikliklər olacaq”, – “F1oversteer” Kroftun sözlərini sitat gətirib.

Aut.az