“Ən qısa zamanda çempion olmaq istəyirəm”
“Ferrari” sürücüsü Karlos Sayns maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, 30 yaşlı pilot tezliklə Formula 1 çempionu olmaq arzusunu açıqlayıb:
“Tam əminəm ki, Formula 1 çempionu olmaq üçün bütün lazımi keyfiyyətlərə malikəm. Əgər bir gün mənə lazımi avtomobili lazımi yerdə, lazımi vaxtda versələr, çempion ola bilərəm. Mən mümkün qədər tez Formula 1 çempionu olmaq istəyirəm”.
Qeyd edək ki, Karlos Sayns “Ferrari”də son mövsümünü keçirir. 2025-ci ildən onun yerini 7 qat Formula 1 çempionu Lyuis Hemilton tutacaq. Sayns gələn ildən “Uillyams”da çıxış edəcək.
Aut.az
