Dünya futbolu

PSJ-nin kapitanından Ançelottiyə tövsiyə: Bizdən nümunə götür

PSJ-nin kapitanı Markinyos komandasının Çempionlar Liqasındakı uğurları və Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, futbolçunun sözlərini ESPN sitat gətirib.

“Əlbəttə, müəyyən məşqçilər var ki, onların oyun tərzinə görə müəyyən oyunçular olmalıdır. Biz hamımız baş məşqçimiz Luis Enrikenin Mbappe kimi bir futbolçuya sahib olmaq istədiyini dediyini eşitmişik.

O, getməyə qərar verdi və məşqçimiz əlində olanlardan komanda qurmalı oldu. Karlo Ançelotti də Braziliya millisində bunu etməlidir.

PSJ bütün gücünü verməklə çox vacib bir kuboku necə əldə edə bilməyin nümunəsi oldu. Nəticələrə baxmayaraq, burada hər şey çox çətindir. Məşqçinin nə istədiyini başa düşməsi, futbolçuların isə onun fəlsəfəsinə əməl etməsi vacibdir”, – Markinyos deyib.

Aut.az