Boks

Azərbaycan boksçuları Rusiyadakı turnirdə 8 qızıl medal qazandı

Azərbaycan təmsilçiləri Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar.

Aut.az xəbər verir ki, Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.