Çempionlar Liqası

Həbib Enrikeni təbrik etdi, təxribata əl atdı – VİDEO

Bir daha xatırladaq: PSJ Çempionlar Liqasının qalibi oldu!

Bu isə Luis Enrike deməkdir.

Aut.az xəbər verir ki, UFC əfsanəsi Həbib Nurməhəmmədov parislilərin oyunsonrası şənliklərində iştirak edib və Enrikeni təxribata çəkməyə cəhd göstərib.

Həbib əvvəlcə Enrikeni qələbə münasibətilə təbrik edib, sonra isə “Gəlin deyək: Bir, iki, üç, Hala Madrid!” təklifini edib.

“Yox” Enrike gülərək qışqırıb.

Qeyd edək ki, “Real” azarkeşi olan Həbib ÇL-in finalında PSJ-yə azarkeşlik edib.

Aut.az