İngiltərə

Razılaşdı, Qvardiola ilə danışdı: “Siti”yə keçir

“Lion”un yarımmüdafiəçisi Rayan Çerki “Mançester Siti”yə keçməyə razılaşıb. Fransız futbolçu artıq “Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə danışıb.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Santi Auna məlumat verib.

Mənbənin məlumatına görə, İngiltərə klubunun Çerkini 40 milyon avroya ala biləcəyi vurğulanır. “Şəhərlilər” sövdələşməni iyunun 15-də başlayacaq Klublararası Dünya Çempionatına qədər tamamlamaq istəyirlər.

Aut.az