“Roma”nın yeni baş məşqçisi o olacaq – 3 illik müqavilə
“Roma” “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, nüfuzlu insayder Fabritsio Romanonun sözlərinə görə, Roma klubu mütəxəssislə 3 illik müqaviləyə razılaşıb.
Beləliklə, Qasperini 2016-cı ildən rəhbərlik etdiyi “Atalanta”dan ayrılacaq.
67 yaşlı Qasperininin rəhbərliyi altında Berqamo klubu 2023/24 mövsümündə Avropa Liqasının qalibi olub.
Aut.az
