Dünya futbolu

Ərəblər Ronaldodan israrla xahiş edirlər ki…

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştiano Ronaldonun müqaviləsi başa çatdıqdan sonra yerli çempionatı tərk etməsini istəmir.

Aut.az xəbər verir ki, b barədə “Marca” məlumat yayıb.

Mənbəyə görə, Səudiyyə Ərəbistanının suveren sərvət fondu (PIF) “Kristiano Ronaldonu gələn mövsüm yerli liqada qalmağa və oynamağa razı salmaq üçün davamlı danışıqlar aparır”.

Daha əvvəl mətbuatda portuqaliyalı futbolçunun iyunun 15-də başlayacaq Klublararası Dünya Çempionatında iştirak etmək üçün yayda “Əl-Hilal”a icarəyə verilə biləcəyi barədə məlumat yayılmışdı.

“Əl-Nəsr” bu turnirdə iştirak etməyəcək. Ronaldo “Əl-Hilal”a keçməyə razılıq verərsə, Səudiyyə klubu onu iyunun 1-dən 10-a kimi davam edəcək xüsusi transfer pəncərəsində imzalayacaq.

Aut.az