Dünya futbolu

Di Maria ora qayıtdı: Qızını qucaqlayaraq ağladı – VİDEO

37 yaşlı argentinalı vinger Anxel Di Maria bu yaxınlarda Avropadakı karyerasının başa çatdığını açıqladı.

Aut.az xəbər verir ki, onun Avropa macərası 8 il davam etdi və bu müddət ərzində futbolçu “Benfika”, “Madrid”, “Mançester Yunayted”, PSJ və “Yuventus”da çıxış edib, üç ölkənin (Portuqaliya, İspaniya və Fransa) çempionu olub, həmçinin Çempionlar Liqasının qalibi olub.

İndi hər şeyin başladığı yerə – Rosarioya qayıtmağın vaxtı gəldi. Və bu addım argentinalı üçün çox emosional oldu. Ailəsi ilə birlikdə o, yalnız jurnalistlərin olduğu klubun ev arenasına gəlib. Di Maria emosiyalarına hakim ola bilməyib, qızını qucaqlayaraq ağlayıb.

Aut.az