Kateqoriyasız

Zidan etiraf etdi: Bu komandanı çalışdırmaq istəyir

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinə rəhbərlik etmək arzusunda olduğunu deyib.

Daha əvvəl mətbuatda Zidanın DÇ-2026-dan sonra millinin baş məşqçisi postunda Didye Deşamı əvəzləyəcəyi barədə məlumatlar yayılmışdı.

Aut.az xəbər verir ki, Zidanın szölərini “L’Équipe” siat gətirib.

“Özümü 12 ilə yaxın oynadığım Fransa komandasına aid olduğumu hiss edirəm. Təbii ki, bu, arzudur və səbirsizliklə gözləyirəm.

İndi millinin məşqçisi var, komanda var və buna hörmət edirəm. Mən həmişə futbola və insanlara hörmət etmişəm, ona görə də indi uyğun vaxt deyil. Amma yeri gələndə belə bir fürsət yaranarsa, sevinərəm.

Karyeramı bir müddət dayandırdım, amma yenə də özümü məşqçi kimi hiss edirəm”, – Zidan deyib.

52 yaşlı Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra məşqçi kimi işləmir.

Aut.az