Azərbaycan futbolu

“Araz-Naxçıvan”da 2 yeni müqavilə – RƏSMİ

Ötən gün baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” bu gün 2 futbolçu ilə yeni müqavilə imzalayıb. 

Aut.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Kristian Avram və İssuf Paro növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcəklər.

Naxçıvan təmsilçisi qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə edib.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edir.