Kateqoriyasız

Arda “Şaxtyor”dakı hədəflərdən danışdı

Donetsk “Şaxtyor”unun yeni baş məşqçisi Arda Turan Ukrayna klubuna təyinatını şərh edib. Onun təkcə ölkədaxili kuboklar deyil, həm də Avropa turnirlərində qalib olmaq ambisiyaları var.

Aut.az xəbər verir ki, onun sözlərini klubun mətbuat xidməti yayıb.

“Zəngin tarixə və böyük ənənələrə malik böyük klub olan “Şaxtyor”a qoşulmaqdan qürur duyuram. Bu, bütün Avropada yaxşı tanınan, hər matçda qalib gəlmək ambisiyasına malik komandadır. Ümid edirəm ki, klubun irsinə töhfə verəcəyəm və oyunumuzla azarkeşlərimizə çoxlu sevincli anlar yaşadacağıq. Həm Ukraynada, həm də Avropa turnirlərində kuboklar qazanmaq üçün böyük istəyimiz var”, – Turan bildirib.

Turanın “Şaxtyor”la müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Aut.az