Basketbol

“Fənərbağça” Avropa Liqasının qalibi oldu

“Fənərbağça”nın basketbol komandası Avropa Liqasının qalibi olub.

Aut.az xəbər verir ki, Türkiyə klubu “Dördlər finalı”nın həlledici oyununda “Monako”ya 81:70 (18:20, 17:13, 19:18, 27:19) hesabı ilə qalib gəlib.

Bu, “Fənərbağça”nın Avroliqada ikinci çempionluğudur. “Sarı-lacivərdlilər” ilk dəfə 2017-ci ildə qızıl medallara sahib olub.