Basketbol

Əfsanə yeni müqaviləni imzaladı, arzusuna çatdı

“Los Anceles Leykers” hücumçu LeBron Ceymslə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, klub tərəfindən müqavilənin təfərrüatları açıqlanmayıb.

“The Athletic”-in məlumatına görə, müqavilə 2 illikdir və bu müddət ərzində LeBron 101,355 milyon dollar qazanacaq.

40 yaşlı əfsanə 2018-ci ildən “Leykers”də çıxış edir. O, dördqat NBA çempionu, iki qat Olimpiya çempionu və dörd dəfə müntəzəm mövsümün və pley-offun ən yaxşısı seçilib.

Bundan başqa, Los Anceles təmsilçisi bir neçə gün əvvəl hücumçuya böyük jest edib. NBA Draftındakı seçimlə LeBron Jamesin oğlu Bronni seçilib. Bununla əfsanənin oğlu ilə oynamaq arzusu reallaşıb. Bununla Ceymslər eyni anda NBA-da oynayan ilk ata və oğul kimi tarixə düşmək imkanı qazanıblar.