“Real” Mbappenin təqimat mərasiminə hazırlaşır: Şou olacaq
İyulun 16-da “Real”ın hücumçusu Kilian Mbappenin təqdimat mərasimi keçiriləcək.
Aut.az xəbər verir ki, tədbirə 80 mindən çox azarkeşin gələcəyi gözlənilir. Bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Los Blankos” fransalı hücumçunun genişmiqyaslı təqdimatını keçirmək niyyətindədir ki, burada Mbappenin şəkillərinin və videolarının proyeksiya olunacağı böyük ekranlar yer alacaq. Bundan əlavə, xüsusi podium və “böyük” işıq şousu hazırlanacaq.
İyunun 3-də Mbappe rəsmi olaraq “Real”in oyunçusu olub.
Aut.az
