Mütəmadi olaraq psixoloqa müraciət edir
“Barselona”nın və İspaniya millisinin müdafiəçisi İniqo Martines AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Kipr və Gürcüstan yığmaları ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında psixoloqa baş çəkdiyini bildirib.
“Mən psixoloqların köməyindən istifadə etməyə davam edirəm və inanıram ki, bu, getdikcə daha çox zərurətə çevrilir. Düşünürəm ki, bu, normal bir şeydir, təkcə futbolçuların deyil, çoxlarının buna ehtiyacı var”, – “Mundo Deportivo” Martinesdən sitat gətirib.
İniqo bu yay “Atletik Bilbao”dan azad agent kimi “Barsa”ya keçib. Ancaq mövsümün əvvəlində dizindən zədə alıb və bundan sonra “Barselona”nın heyətində bütün turnirlərdə səkkiz oyun keçirib.
İspaniya millisini 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin son iki matçı gözləyir. İspanlar noyabrın 16-da Kipr, noyabrın 19-da isə Gürcüstanla qarşılaşacaq.
Aut.az
