İspaniya

“Barselona”nın futbolçusundan jest: Onların cəriməsini ödəmək istəyir

“Barselona”nın cinah oyunçusu Rafinya klubun prezidenti Xuan Laportaya maraqlı təklif edib.

Aut.az xəbər verir ki, brazliyalı futbolçu azarkeş qruplarından birinin nümayəndələrinə qarşı kəsilən 21 min avroluq cəriməni ödəmək istədiyini bildirib. Bu barədə X sosial şəbəkəsində jurnalist Xavi Espinosa məlumat verib.

Bu cərimə “Barsa” azarkeşlərinə yol verdikləri qanun pozuntularına görə tətbiq edilib. Kataloniya klubu bundan əvvəl fanat qrupundan cərimə ödəməsini istəsə də, onlar bundan imtina edib və etiraz ediblər. Tələb olunan məbləği ödəməkdən imtina etdikdən sonra rəhbərlik bu azarkeşlərə Olimpiya Stadionundakı xüsusi tribunaya gəlməyi qadağan edib.

Aut.az