Ranyeri “Roma”da qalacaq
“Roma” klubunun baş məşqçisi Klaudio Ranyeri növbəti mövsümdə komandada qalacağını açıqlayıb.
Aut.az xəbər verir ki, o, yeni rolda fəaliyyət göstərəcəyini bildirib:
“Dan Friedkinin (red – klub prezidenti) müşaviri olacağam. Biz tez-tez danışırıq, mən ona nə işləyir, nə işləmir, deyirəm. O, dinləyir və hərəkətə keçir. Bu mövsümdə də artıq həmin rolu yerinə yetirmişəm”.
Xatırladaq ki, Ranyeri bu mövsüm “Roma”nın baş məşqçi postunda çalışıb.
Aut.az
