İtaliya

Ərəblərə “yox” dedi, bu klubu hədəfləyib

“Napoli”nin sabiq baş məşqçisi Luçano Spaletti Səudiyyə Ərəbistanı çempionatında işləməkdən imtina edib.

Aut.az xəbər verir ki, Ciddənin “Əl-Əhli” klubu Spalettiyə sərfəli təklif göndərib. Bu barədə məlumatı jurnalist Santi Unan yayıb.

Qeyd olunur ki, “Yuventus”un yeni idman direktoru Kristiano Cunntoli Spalletini gələn mövsüm “Yuventus”un baş məşqçi postuna əsas prioritet hesab edir.

Böyük ehtimalla, Luçano da “Yuve”də çalışmaq niyyətindədir. Qeyd edək ki, 64 yaşlı mütəxəssis “Napoli”ni son 33 ildə ilk dəfə çempion etdikdən sonra postundan ayrılıb.

Aut.az