Basketbol

“Fənərbağça” Avroliqanın finalında

Cümə günü, mayın 23-də Əbu-Dabidə (BƏƏ) basketbol üzrə 2024/25 Avroliqa mövsümünün yarımfinal oyunları keçirilib.

Aut.az xəbər verir ki, Türkiyə “Fənərbağça”sı Yunanıstan “Panatinaikos”dan 82:76, Fransa “Monako”su isə Yunanıstan digər təmsilçisi “Olimpiakos”dan güclü olub – 78:68.

“Fənərbağça” ilə “Monako” arasında final, üçüncü yer uğrunda isə “Panatinakos” – “Olimpiakos” matçı mayın 25-i bazar günü keçiriləcək.

Aut.az