İngiltərə

Sağollaşanda gözümün içinə baxma: Salah bu sözləri kimə deyib?

“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 36-cı turunda “Arsenal”la oyunda (2:2) Trent Alexander-Arnolda azarkeşlərin münasibətindən danışıb.

Daha əvvəl futbolçu cari mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlamışdı. Azarkeşlər “Arsenal”la oyunda onu fitə basmışdılar.

Aut.az xəbər verir ki, Salah azarkeşləri Arnolda qarşı sərt rəftarda ittiham edib.

“Düşünürəm ki, azarkeşlər ona qarşı qəddardılar. Məncə, o, buna layiq deyildi. O, azarkeşlər tərəfindən ən yaxşı şəkildə rəftar edilməyə layiq idi, çünki onlara hər şeyi verdi. Təsəvvür edin ki, söhbət 20 il sizə hər şeyini verən bir insandan gedir.

Bu, belə olmamalı idi. İnşallah, “Brayton”la növbəti və ya mövsümün son oyununda bu səhvi düzəltmək imkanı olacaq.

Dünən ona dedim: “Sağollaşanda gözümün içinə baxma”. Mən onu həqiqətən sevirəm. Məncə, o, klubla ən yaxşı vidaya layiqdir. O, şəhər üçün çox şey etdi, klub üçün çox şey etdi və o, klub tarixinin ən yaxşı oyunçularından biridir”, – “Sky Sports” Salahın sözlərini sitat gətirib.

Aut.az